"Təhsil Nazirliyi olaraq hər il dərsliklərə məsuliyyətlə yanaşırıq və bundan sonra da yanaşmalıyıq. Nazir olaraq etiraf edirəm ki, dərsliklərimizdə müəyyən nöqsanlar ola bilər. Lakin dərsliklərdə elmi cəhətdən heç bir problem yoxdur". SİA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov bu gün "Heydər Əliyev və Azərbaycanda dərslik siyasəti" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
Misir Mərdanov qeyd edib ki, ümumiyyətlə dərsliklərə elmi müzakirə doğuran məsələlərin salınmasının əleyhinədir. Onun fikrincə, bu məsələlərin dərsliklərə daxil edilməsi qəbul olunmazdır.
Təshil naziri həmçinin əlavə edib ki, 2003-2004-cü tədris ilindən etibarən Azərbaycanda I sinifdən XI sinfə qədər bütün dərsliklər orta məktəblərə pulsuz paylanılır: "Həmçinin, hökumətin qərarı ilə hər bir sinif üzrə orta məktəb dərslikləri 4 ildən bir yenidən çap edilir. Lakin yararsız hala düşən dərsliklərin yenidən hazırlanması üçün hər il ümumi dərslik tirajının müəyyən faizi yenidən çap olunur. Bu gün dərslikləri digər kitablarla müqayisə edə bilmərik. Çünki dərsliklərdən şagirdlər və müəllimlərlə yanaşı, bütün cəmiyyət yararlanır".
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB