"Təhsil Nazirliyi tərəfindən Azərbaycanda gənc və istedadlı müəllimlərin məlumat bazası yaradılır". SİA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında deyib. O, bildirib ki, yaxın zamanlarda bu barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
Bu məlumat bankının nəyi dəyişəcəyinə gəlincə isə nazir qeyd edib ki, nəticədə Azərbaycanda nə qədər istedadlı gənc müəllimin olması, onların hansı ixtisaslar üzrə və harada yerləşmələri barədə nazirlikdə daimi məlumatlar olacaq.
Onun sözlərinə görə, lazım gəldikdə Azərbaycan təhsilinin xeyrinə onların gücündən istifadə ediləcək.
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB