Bu gün Heydər Əliyev adına liseydə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş uşaq və yeniyetmələrin texniki yaradıcılıq işlərinə Respublika baxış müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbir barədə məlumat verən təhsil nazirinin müavini Qulu Novruzov bildirib ki, Təhsil Nazirliyi 2000-ci ildən başlayaraq hər il uşaq və yeniyetmələrin Respublika texniki yaradıcılıq müsabiqəsini təşkil edir.
Onun sözlərinə görə, müsabiqənin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrin texniki potensialının üzə çıxarılması, yaradıcılıqlarının inkişaf etdirilməsinə stimul verilməsi və onlar arasında təcrübə mübadiləsini təşkil etməkdir: "Müsabiqə Təhsil Nazirliyinin müvafiq əmri ilə rayon, şəhər və Respublika mərhələləri olmaqla 8-18 yaşlı məktəblilər arasında 7 zona üzrə keçirilib. Müsabiqədə iştirak etmək üçün respublikanın 45 rayonundan 180-ə qədər əl işi yekun mərhələyə təqdim olunub. Onların arasından 45 nəfər müxtəlif yerlər üzrə mükafatlandırmaya layiq görülüblər".
Qeyd edək ki, tədbirin davamında müsabiqədə I, II və III yerləri tutan yeniyetmələr Təhsil Nazirliyinin diplom və hədiyyələri ilə mükafatlandırılıblar.
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB