Texniki-yaradıcılıq mərkəzlərində 15 minə qədər məktəbli təhsil alır

Texniki-yaradıcılıq mərkəzlərində 15 minə qədər məktəbli təhsil alır

"Bütövlükdə Azərbaycanda fəaliyyət göstərən texniki-yaradıcılıq mərkəzlərində 15 minə qədər məktəbli təhsil alır". SİA-nın xəbərinə görə, bunu təhsil nazirinin müavini Qulu Novruzov jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, uşaqların nəzəri biliklərdən başqa, intellektinin üzə çıxarılması, yaradıcılıq bacarıqlarının, istedadlarının aşkarlanması üçün onların bu cür dərnəklərdə fəaliyyət göstərməsi məqsədəuyğundur: "Beynəlxalq təcrübə də onu göstərir ki, belə dərnəklərdə, yaradıcılıq mərkəzlərində təhsil alan uşaqlar sonrakı həyatlarında, peşə seçimlərində dəqiq, fundamental, texniki elmlərə xüsusi maraq göstərirlər: "Bundan əlavə, onlar respublikada ehtiyac duyulan mühəndis kadrları kimi formalaşırlar. Bunun nəticəsində də ölkədə ehtiyac duyulan texniki, fundamental və mühəndis sahələrinə ixtisaslı kadrlar yetişir. Şagirdlərin bu sahələrə marağının artmasında texniki-yaradıcılıq məktəbləri xüsusi rol oynayır".

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə