Sumqayıt şəhərində, Abşeron və Xızı rayonlarında yaşayan vətəndaşların nəzərinə! Təhsil Nazirliyindən SİA-ya verilən məlumata görə, 20 aprel tarixində saat 10:00-da təhsil naziri Misir Mərdanov Sumqayıt Şəhər Təhsil Şöbəsində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Abşeron və Xızı rayonlarında, Sumqayıt şəhərində yaşayan vətəndaşları qəbul edəcək.
Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinin 146 nömrəli telefonuna və ya [email protected] elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB