Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) əməkdaşı Tacikistan Respublikasının Milli Test Mərkəzinin dəvəti ilə Tacikistana səfər edib. Komissiyadan SİA-ya verilən məlumata görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Ümumi təhsil üzrə yoxlama-ölçmə materiallarının işlənməsi şöbəsinin sektor müdiri Samirə Həsənzadə TQDK və Tacikistan Respublikasının Milli Test Mərkəzi ilə olan razılaşmaya əsasən 2013-cü il aprelin 7-dən 11-dək beynəlxalq məsləhətçi kimi Tacikistan Respublikasına növbəti səfər edib.
Səfərin əsas məqsədi Milli Test Mərkəzinin Tacikistanda keçirəcəyi pilot test imtahanına hazırlıq üzrə görülmüş işlər və qarşıda duran vəzifələr ilə tanışlıq, işlərin səmərəli təşkili üçün məsləhətlərin verilməsi, TQDK-nın bu sahədəki təcrübəsinin qarşı tərəfin diqqətinə çatdırılması olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB