"2015-ci il I Avropa Yay Olimpiya Oyunlarının keçirilməsilə bağlı könüllülərin seçilməsinə hazırlıq prosesi gedir". SİA xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov məlumat verib. Onun sözlərinə görə, I Avropa Yay Olimpiya Oyunları Komitəsi idmanın hansı növləri üzrə və neçə idmançının bu yarışlarda iştirak edəcəyi barədə son qərarı açıqladıqdan sonra, könüllülərin seçimi başlayacaq: "Belə ki, qərar əsasında olimpiya kəndində neçə idmançının yerləşdiriləcəyi və onlarla işləyən könüllülərin sayı məlum olacaq. Say tərkibi əsasında ali təhsil məktəblərinə kvota veriləcək və könüllülər seçiləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB