TQDK sənədlərin təsdiqinə başladı

TQDK sənədlərin təsdiqinə başladı

Bu gündən etibarən may ayının 17-dək Azərbaycanda 2013/2014-cü tədris ili üçün ali təhsil və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər öz ərizələrini təsdiq etdirməlidirlər. SİA xəbər verir ki, abituriyentlər internet vasitəsilə elektron ərizələri doldurduqdan və tələb olunan sənədləri müvafiq Sənəd Qəbulu Komissiyalarında (SQK) təsdiq etdirdikdən sonra qəbul imtahanlarında iştirak etmək hüququ qazanırlar.

Xatıqladaq ki, ölkədə ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlərin ərizə qəbulu aprelin 9-dan başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə