Bakı Ali Neft Məktəbinin növbəti qonağı FOTO

Bakı Ali Neft Məktəbinin növbəti qonağı FOTO

Almaniya Parlamentinin( Bundestaqın) üzvü, Free Democratic Party-nin parlament fraksiyasının rəhbəri doktor Martin Lindner Bakı Ali Neft Məktəbinin professor-müəllim və tələbə heyəti qarşısında "Avropanın Enerji Siyasəti və bu siyasətdə Azərbaycanın rolu" mövzusunda məruzə ilə çıxış edib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Almaniya Parlamentinin (Bundestaqın) üzvü, FDP-nin parlament fraksiyasının rəhbəri doktor Martin Lindneri salamlayaraq onu Bakı Ali Neft Məktəbində görməkdən məmnunluq hissi keçirdiyini ifadə edib və məktəbin professor-müəllim və tələbə heyəti adından qonağa öz təşəkkürlərini bildirib.

Azərbaycanda ölkə başçısı İlham Əliyev tərəfindən aparılan uğurlu neft strategiyasından bəhs edən E.Qasımov qeyd edib ki, düzgün və zamanında həyata keçirilən siyasət nəticəsində Azərbaycan dinamik inkişaf edir və bu gün istər regionun, istərsə də Avropanın önəmli dövlətinə çevrilib və bu amil dünyanın aparıcı dövlətlərinin Azərbaycana olan marağını artırıb.

Tədbirdə məruzə ilə çıxış edən Almaniya Parlamentinin (Bundestaqın) üzvü, FDP-nin parlament fraksiyasının rəhbəri doktor Martin Lindner "Avropanın Enerji Siyasəti və bu siyasətdə Azərbaycanın rolu", ARDNŞ-ın əsas iştirakçısı olduğu BTC, TANAP, TAP və Nabucco West kimi layihələrin əhəmiyyəti və Azərbaycanla Almaniya arasında inkişaf edən iqtisadi və digər sahələrdəki əməkdaşlıq haqqında ətraflı məlumat verib.

Tədbirin sonunda qonaq Bakı Ali Neft Məktəbinin tələbələrinin çoxsaylı suallarını cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə