Yarmarka 800-dən artıq vakansiya təklif edir

Yarmarka 800-dən artıq vakansiya təklif edir

Bakıda "Məzun-2013" ümumrespublika əmək yarmarkası keçiriləcək. SİA-nın xəbərinə görə, mayın 17-də Azərbaycan Dövlət İqtisad Universitetində baş tutacaq əmək yarmarkasında ali məktəblərdən tələbə, magistr və məzunlar iştirak edəcəklər. Məlumata görə, "Məzun 2013" ümumrespublika əmək yarmarkası Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub və bura dövlət qurumları, yerli və xarici şirkətlər 800-dən artıq vakansiya ilə qatılacaqlar.

Məlumat üçün bildirək ki, əmək yarmarkasın da iştirak etmək istəyənlər CV-sini [email protected] ünvanına göndərə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə