“Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində”

“Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində”

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Fövqəladə Hallar Nazirliyinin (FHN) Bakı Regional Mərkəzi ilə birlikdə, cari ilin aprelin ayının 12-də, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş "Tələbələrin təhlükəsizliyi diqqət mərkəzində" adlı növbəti elmi – praktiki konfrans keçirəcəklər. ATGTİ-nin mətbuat katibi Məcid Musayevin SİA-ya verdiyi məlumata görə, saat 10:00-da Azərbaycan Texniki Universitetində (AzTU) keçirləcək təlimin məqsədi fövqəladə hallar baş verən zaman təcili və təxirəsalınmaz tədbirlərin görülməsi, fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı tələbələri maarifləndirməkdir.

Konfransın birinci hissəsində (10:00-da) ATGTİ-nin sədri Şahin İsmayilov, FHN-nin Bakı Regional Mərkəzinin rəisinin müavini, tibb xidməti polkovniki Cəfər Məmmədov, AzTU-nun rəhbərliyi və tələbələrin iştirakı ilə elmi konfrans keçiriləcək.

Tədbirin ikinci hissəsi (11:30-da) AzTU-nun həyətində keçiriləcək. İkinci hissədə tələbələr FHN-nin Bakı Regional Mərkəzinin texniki avadanlıqlarından istifadə edərək, fövqəladə hallarla bağlı biliklərini əyani olaraq nümayiş etdirəcəklər.

Qeyd edirik ki, ATGTİ bu günə qədər Azərbaycan Dövlət Pedaqoji, Bakı Dövlət, Bakı Slavyan, Azərbaycan Tibb Universitetilərində və Azərbaycan Dövlət Neft Akademiyasında anoloji emli - praktiki konfranslar təşkil etmişdir.

Bütün xəbərlər Facebook səhifəmizdə