Ötən gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə Masallı şəhərindəki Gənclər Mərkəzində Masallı, Biləsuvar, Cəlilabad və Yardımlı rayonlarının sakinləri ilə görüşüb, onların müraciətlərini dinləyib. Komissiyadan SİA-ya verilən məlumata görə, ümumilikdə qəbulda 50-dən çox vətəndaş iştirak edib. Görüşə gələnlərin müraciətləri, əsasən, TQDK-nın səlahiyyətlərinə aid olmayan məsələlərlə baglı olub.
Həmin müraciətlər araşdırılaraq müvafiq tədbirlərin görülməsi, aidiyyəti qurumlara çatdırılması və nəzarətə götürülməsi üçün qeydiyyata alınıb.
Qəbula gələnlər, eyni zamanda cənub bölgəsində təhsilin səviyyəsi, bu sahədə mövcud olan problemlər, buraxılış və qəbul imtahanlarina dair məsələlərlə bağlı da istəklərini bildiribər.
Qeyd edək ki, TQDK sədri Məleykə Abbaszadə bu gün Lənkəran şəhərində Lənkəran, Astara və Lerik rayonlarının sakinləri ilə görüşəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB