Səməd Seyidovun kitabı məşhur amazon.com saytında

Səməd Seyidovun kitabı məşhur amazon.com saytında

Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidovun "Yaradıcılığın fenomenologiyası: tarix, paradokslar, şəxsiyyət"(Phenomenology of Creativity: "History", "Paradoxes", "Personality") adlı kitabı ABŞ-da və Böyük Britaniyada ingilis dilində nəşr olunub və məşhur amazon.com saytında yayımlanıb. Məşhur və nüfuzlu amazon.com saytında professor Səməd Seyidovun müəllifi olduğu kitabın yayımlanması bir azərbaycanlı alimin uğurudur. SİA-nın məlumatına görə, kitab ilk dəfə 2009-cu ildə rus dilində nəşr olunub. Kitabın rəyçiləri Rusiya Elmlər Akademiyasının müxbir üzvü, fəlsəfə elmləri doktoru, professor A. B. Dmitriyev və psixologiya elmləri doktoru, professor Q. İ. Yefremovadır.

Xatırladaq ki, 2011-ci ildə kitab Azərbaycan dilində də nəşr olunub.

Qeyd edək ki, professor Səməd Seyidov Gürcüstan Təhsil Elmləri Akademiyasının fəxri akademiki, Latviya Elmlər Akademiyasının Beynəlxalq Alimlər Şurasının və ABŞ Psixoloqlar Assosiasiyasının üzvüdür. O, Azərbaycan və Fransa arasında humanitar və elmi əlaqələrin inkişafında töhfələrinə görə 2011-ci ildə Fransanın Fəxri Legion Ordeni ilə təltif edilib.

Professor S. Seyidov yerli və beynəlxalq nəşriyyatlarda çap edilmiş 100-dən çox elmi məqalələrin, dərsliklərin və monoqrafiyaların müəllifidir.

Bütün xəbərlər Facebook səhifəmizdə