Olimpiada qaliblərinin sayı artıb

Olimpiada qaliblərinin sayı artıb

Məktəblilər arasında keçirilən fənn olimpiadasının respublika mərhələsi başa çatıb. Bakı şəhər Təhsil İdarəsindən SİA-ya verilən məlumata görə, məktəblilər arasında keçirilən və ötən ilin noyabr ayından başlayan "Bilik yarışı"nın final mərhələsinin nəticələri artıq bəllidir. Nəticələrə görə, respublika üzrə təşkil olunan yarışın qaliblərindən 102 nəfər Bakı məktəblərinin şagirdləridir. 2013 – cü ildə keçirilən Olimpiadanın qaliblərindən birinciliyi əldə edən şagirdlərimiz isə 5 nəfərdir.

Qeyd edək ki, ötən illə müqayisədə Olimpiadada qalibiyyət qazanan şagirdlərin sayı 10 nəfər artıb.

Xatırladaq ki, fənn olimpiadasının respublika mərhələsində şagirdlər Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan tarixi, riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə biliklərini sınayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə