“Narkotiksiz həyat - fiziki və mənəvi kamillik”

“Narkotiksiz həyat - fiziki və mənəvi kamillik”

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxt məktəblərində "Narkotiksiz həyat - fiziki və mənəvi kamillik" devizi altında aylıq keçirilir. İdarədən SİA-ya verilən məlumata görə, aylığın keçirilməsində əsas məqsəd məktəblilərin asudə vaxtlarının səmərəli təşkili, mənəvi saflığının, sağlam həyat tərzinin təmin olunması, onların zərərli vərdişlərdən uzaqlaşdırılması, habelə məktəblilər arasında hüquq pozuntuları və cinayətkarlıq, sərxoşluq və siqaret çəkmə hallarını doğuran səbəblərin müəyyənləşdirilib aradan qaldırılması, narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının vaxtında alınmasıdır.

Qeyd edək ki, aylıq mart ayından start götürüb və BŞTİ sistemində fəaliyyət göstərən bütün təhsil müəssisələrini əhatə edir. Bununla bağlı Bakı şəhərinin hər rayonu üzrə 1 təhsil müəssisəsində "Narkotiksiz həyat - fiziki və mənəvi kamillik" aylığı ilə əlaqədar yekun tədbir keçirilir. Rayon üzrə keçirilən yekun tədbirdə fəal iştirak edən təhsil işçiləri, məktəblilər, elan olunan müsabiqələrin qalibləri mükafatlandırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə