Bu gündən etibarən Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu başlanır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından SİA-ya verilən məlumata görə, ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər aprelin 9-dan mayın 17-dək internet vasitəsilə elektron ərizələrini doldurur və tələb olunan sənədləri aprelin 15-dən mayın 17-dəkmüvafiq SQK-da təsdiq etdirməlidirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər.
Qeyd edək ki, ərizə qəbulu elanının tam mətni "Abituriyent" jurnalının 2-ci sayında dərc olunub. Abituriyentlər ərizələrini təsdiq etdirəcəkləri Sənəd Qəbulu Komissiyaları, onların ünvanları və tələb olunan sənədlər barədə məlumatları həmin jurnal vasitəsilə əldə edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB