"Azərbaycanın təhsil sistemində maliyyələşmə zamanı müəllimlərin alimlik dərəcəsi və elmi-tədqiqat işləri nəzərə alınmır". SİA-nın xəbərinə görə, bunu Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov deyib.
O, bildirib ki, maliyyələşmə zamanı müəllimin alimlik dərəcəsinə yox, yalnız onun auditoriyaya daxil olaraq dərs deməsinə maliyyə ayrılır. Alimin elmi-tədqiqat işinə maliyyənin olmadığını deyən A.Məhərrəmovov bunu böyük bir problem hesab edib: "Azərbaycan ali təhsil sistemində 1200 alim var və onların hər birinə cihazların alınması, tədqiqat işlərinin aparılması üçün maliyyə vəsaitləri ayrılmalıdır. Əlbəttə bu gün tələbələrin pulu ilə cihazlar alınsa, sabah yoxlama aparılsa deyəcəklər ki, sənin nə ixtiyarın var, tələbənin pulundan götürərək tədris laboratoriyasına avadanlıq alırsan? Bu səbəbdən də alimlərin elmi-tədqiqat işlərinin dinamikasını artırmaq üçün hökmən onlara maliyyə ayrılmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB