"2012-ci il ərzində həm Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir və həqiqi üzvləri, həm də millət vəkilləri universitetində müəllim kimi fəaliyyət göstərib". SİA-nın xəbərinə görə, hesabat iclasda BDU-nun Elm və innovasiyalar üzrə prorektoru Akif Kazımzadə çıxış edərək bildirib ki, bu gün Milli Məclisin 12 deputatı universitetdə müəllim kimi çalışır: "Hazırda Bakı Dövlət Universitetində (BDU) 74 000 AZN dəyərində təsərrüfat hesablı elmi-tədqiqat işləri də aparılır. 2012-ci ildə BDU-nun laboratoriyalarının maddi-texniki bazası daha da möhkəmləndirmək məqsədi ilə 1 700 324 $ dəyərində yeni cihaz və avadanlıqlar alınıb. Bakı Dövlət Universiteti professor-müəllim heyətinin, əməkdaşların, doktorant, magistrant və tələbələrin elmdə, təhsildə, universitetin ictimai həyatında əldə etdikləri nailiyyətləri daha da inkişaf etdirmək məqsədilə BDU-nun rektoru A.Məhərrəmovun əmri ilə universitet daxili "50+50" qrant proqramı təsis edilib. Bununla 25 professor-müəllim heyətinə, 20 gənc (35 yaşa qədər) professor-müəllim heyətinə, 10 nəfər doktorant, dissertant və magistrant və 11 nəfər tələbə 2012-2013-cü illər ərzində 4-cü müsabiqənin qalibi elan edilib və onlara universitetin xüsusi vəsaiti hesabına qrant verilir. Bakı Dövlət Universiteti beynəlxalq əlaqələrin genişlənməsi və inkişafına da mühüm yer ayırır. Hesabat ilində Respublikada və xarici ölkələrdə fəaliyyət göstərən 34 elmi təşkilat və ali təhsil müəssisəsilə anlaşma memorandumu və əməkdaşlıq müqaviləsi imzalanıb".
A.Kazımzadə qeyd edib ki, ötən il universitetdə inkişafla yanaşı hələ də müəyyən problemlər var. Onun sözlərinə görə, bunlara dövlət sifarişi əsasında elmi tədqiqatların zəif olması, perspektivli məzunların sonradan layiqli işlə təmin olunmaması və onların digər sahələrə getməməsi, özəl sektorda elmi tədqiqatların aparılmaması, dəfələrlə müzakirə olunsa da magistrlərə hərbi xidmətdən möhlət hüququnun verilməməsi kimi məsələlər daxildir.
Tədbirdə çıxış edən BDU-nun rektoru Abel Məhərrəmov qeyd edib ki, bu il yeni maliyyələşmə sisteminə əsasən Bakı Dövlət Universiteti müəllimlərinin əmək haqları artırılıb. Universitetin xüsusi hesabından hər bir professorun əmək haqqı 100 manat, digər pedaqoji işçilərin isə bu məbləğdən az və ya çox olmaqla yüksəlib. Onun sözlərinə görə, bu məsələ çətin iş olduğundan üzərində bir ay mütəmadi olaraq çalışılıb.
A.Məhərrəmov qeyd edib ki, gələn tədris ilindən isə müəllimlərin əmək haqlarının artırılmasının yeni qaydada həyata keçirilməsi nəzərdə tutulur. Belə ki, sentyabr ayında müəllimlərin əmək haqlarının artırılması zamanı pedaqoji işçilərin reytinq cədvəlinə baxılacaq. Reytinq cədvəlinə uyğun olaraq kateqoriyalar ayrılacaq və bu kateqoriyalara əsasən balı yüksək olan müəllimlərin əmək haqları artırılacaq. Bu proses yalnız bir tədris ili üçün nəzərdə tutulacaq və növbəti tədris ilində bu qayda yenidən təkrarlanacaq. Bununla da təhsilin elm sahəsi daha da stimullaşdırılacaq və inkişaf etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB