Bu ilin ən böyük təhsil sərgisinə siz də dəvətlisiniz!

Bu ilin ən böyük təhsil sərgisinə siz də dəvətlisiniz!

Aprelin 13-də paytaxtda bu ilin ən böyük təhsil sərgisi keçiriləcək. SİA-nın məlumatına görə, Türkiyənin məşhur "Akare International Education Fairs" şirkəti tərəfindən təşkil olunacaq tədbirdə Avstraliya, İngiltərə, İsveç, Şimali Kipr, Belarus, İtaliya, Kanada, Malayziya, Fransa, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və bir sıra başqa ölkələrin universitetləri, dil kursları və şirkətləri iştirak edəcəklər. İki gün davam edəcək sərgidə 19 ölkənin 80 ali təhsil ocağı təmsil olunacaq. İştirakçılara təhsil müəssisələrinin nümayəndələri təmsil etdikləri qurumlarda təhsil almaq şərtlərini, ölkələrində tələbələrə nəzərdə tutulan güzəştlər, təqaüdlər, gündəlik xərclər və s. məsələlərlə bağlı məlumat verəcəklər. Həmçinin MBA proqramları və dil kursları haqqında da ətraflı məlumatlar veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə