“Xarici dillərin tədrisinin aktual problemləri”

“Xarici dillərin tədrisinin aktual problemləri”

Azərbaycan Dillər Universitetində (ADU) mayın 6-7-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş "Xarici dillərin tədrisinin aktual problemləri" mövzusunda Beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

ADU-dan SİA-ya verilən məlumata görə, konfransın işi "Orta və ali məktəblərdə xarici dillərin tədrisi problemləri", "Xarici dillərin tədrisi prosesində informasiya –kommunikasiya texnologiyalarının tətbiqi və elektron dərsliklərdən istifadə yolları", "Xarici dillərin tədrisində innovativ metodlar və yanaşmalar", "Xarici dillərin tədrisində ədəbiyyatın və digər fənlərin rolu" bölmələri üzrə aparılacaqdır.

Maraqlananlar tezislərini aprelin 15-dək konfransın təşkilat komitəsinə və ya [email protected] elektron ünvanına göndərə bilərlər. Ekspertlər tərəfindən seçilmiş tezislər çap ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə