ATGTİ beynəlxalq təşkilatın sertifikatına layiq görülüb

ATGTİ beynəlxalq təşkilatın sertifikatına layiq görülüb

Ölkəmizin ən böyük tələbə təşkilatı olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) Avropa Komissiyasının "Gənclər Fəaliyyətdə" (Youth in Action) proqramının Avropa Könüllülük Xidməti (European Voluntary Service) üzrə akkreditasiya sertifikatına layiq görülüb. ATGTİ-nin mətbuat katibi Məcid Musayevin SİA-ya veridiyi məlumata görə, ATGTİ-nin Beynəlxalq Əlaqələr departamentinin direktoru Toğrul Məmmədlinin sözlərinə görə, cari ilin yanvarın 10-da təşkilatla tanışlıq məqsədilə ölkəmizə səfər edən, Avropa Könüllülük Xidməti proqramının rəsmi nümayəndəsi Liyena Bekker (Liene Bekkere) ATGTİ-nin sədri Şahin İsmayilov və təşkilatın əməkdaşları ilə görüşərək, ittifaqın fəaliyyətini və irimiqyaslı layihələrini müzakirə edib.

Səfərin yekununda ATGTİ-nin komanda işini, təcrübəsini, təşkilatın ölkəmizdə könüllü xidmətinin (fəaliyyətin), qeyri-formal təhsilin inkişafına verdiyi dəstəyi yüksək qiymətləndirən Liyena Bekkerin rəyinə əsasən, ittifaq aprelin ilk günlərində Avropa Könüllülük Xidməti (European Voluntary Service) üzrə akkreditasiya sertifikatına layiq görülüb.

Qeyd edək ki, verilmiş akkreditasiya üzrə ATGTİ xüsusi fəaliyyət planı hazırlayır. Plana əsasən ATGTİ yaxın gələcəkdə Avropadan bir sıra yerli layihələr üçün könüllülər qəbul edəcək və ittifaqın öz üzvləri Avropanın bu və ya digər layihələrində könüllü qismində çalışacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə