Bu gün TQDK sədri vətəndaşları qəbul edəcək

Bu gün TQDK sədri vətəndaşları qəbul edəcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə tərəfindən bu gün Masallı və Yardımlı rayonunda vətəndaşların qəbulu keçiriləcək. Komissiyadan SİA-ya verilən məlumata görə, Masallı şəhərində keçiriləcək qəbulda Masallı, Biləsuvar, Cəlilabad və Yardımlı rayon sakinləri iştirak edə bilərlər. Masallı şəhərində qəbul Gənclər Mərkəzində (Masallı şəhəri, Talışxanov küç., 73) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşların Komissiyanın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (www.tqdk.gov.az/SedrinQebulu) və ya TQDK-nın Lənkəran regional bölməsinə müraciət etmələri (əlaqə tel: (02525) 5-24-82) xahiş olunur.

Bundan əlavə, TQDK Lənkəran regional bölməsinin əməkdaşları aşağıda qeyd olunan tarixlərdə saat 10:00-dan 17:00-dək Biləsuvar, Cəlilabad, Yardımlı, Astara və Lerik rayon təhsil şöbələrində vətəndaşları qəbula qeydiyyata alacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə