Bu gün Kaspi Təhsil Mərkəzinin V Beynəlxalq Təhsil Sərgisi açılıb. SİA-nın məlumatına görə, sərgidə 8 ölkəni təmsil edən 14 müxtəlif universitet və təhsil müəssisələri təmsil olunub.
Sərginin açılışında çıxış edən təhsil nazirinin müavini Qulu Novruzov bildirib ki, artıq Azərbaycanda beynəlxalq təhsil sərgiləri ənənə halını alıb və bu ənənənin təməli Kaspi Tədris Mərkəzi tərəfindən qoyulub.
"Hər dəfə bu sərgilərdən sonra biz çoxsaylı gənclərimizin xarici təhsil müəssisələrinə qəbul olunduğunun şahidi oluruq. Hər il sərgidə iştirak edən universitetlərin də sayının artdığını görürük. Bu cür sərgilər Azərbaycan gənclərinin daha yaxşı təhsil alması üçün, dünyanın ən qabaqcıl universitetlərinin proqramlarından bəhrələnmək imkanını ortaya qoyur",- deyə Novruzov fikirlərinə əlavə edib.
Kaspi Təhsil Mərkəzinin təsisçisi Sona Vəliyeva bildirib ki, sərginin məqsədi tələbə-gəncləri xarici mütəxəssislərin iştirakı ilə dünyanın öncül universitetlərindəki təhsil imkanları barədə maarifləndirmək və Kaspi Təhsil Mərkəzinin köməkliyi ilə həmin universitetlərə çıxışlarını təmin etməkdir.
Sərgidə müxtəlif istiqamətlərdə dil kursları, bakalavr və magistr proqramları ilə Böyük Britaniyanın top 10-luqda olan universitetləri, eləcə də dünyanın ən yaxşı 150 universiteti siyahısında olan Qlazqo, Aston, Reading kimi təhsil ocaqları təmsil olunub.
Sərgi ziyarətçiləri iştirakçılar tərəfindən yerindəcə məlumatlandırılaraq, univeristet və digər ölkələrin təhsil sistemi ilə yaxından tanışlıq imkanı qazanmaqla yanaşı təhsilini xaricdə davam etdirmək istəyən gənclərin yerli və xarici mütəxəssislərdən məsləhətlər alçasına şərait yaradır.
Xaricdə təhsilə maraqlı olan gənclərin univeristetlərin nümayəndələri ilə daha effektiv və təkbətək görüşmələri və birbaşa konsultasiya olunmaları üçün sərginin növbəti günü Kaspi Təhsil Mərkəzində seminar və təqdimatların təşkili planlaşdırılır.
Qeyd edək ki, Kaspi Təhsil Mərkəzi 2007-ci ildən fəaliyyətə başlayaraq qısa müddət ərzində ölkə vətəndaşlarınıa xarici dillərin tədrisi, universitet hazırlığı, məktəbəqədər hazırlıq və xaricdə təhsil istiqamətləri üzrə yüksək keyfiyyətli xidmət göstərməkdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB