Azərbaycan Respublikası ilə Çin Xalq Respublikasının (ÇXR) təhsil nazirlikləri arasında imzalanmış sazişə uyğun olaraq ÇXR azərbaycanlı tələbələr üçün təqaüd proqramı elan edib. Nazirlikdən SİA-ya verilən məlumata görə, təqaüd proqramı çərçivəsində bakalavriat, magistratura və doktorantura səviyyələrində respublikamızda daha çox ehtiyac duyulan ixtisaslar üzrə Çinin nüfuzlu universitetlərinə qəbul nəzərdə tutulub.
Qeyd edək ki, təhsil çin dilində olduğuna görə təqaüdə layiq görülmüş tələbələr 1 il dil üzrə hazırlıq kursu keçməlidirlər. Təqaüd proqramı təhsil haqqını, qeydiyyat, laboratoriya, təcrübə, tədris materialları, yataqxana, aylıq yaşayış və aviabilet (ümumi tədris müddəti dövründə yalnız bir dəfə - təhsil yerinə gediş və vətənə dönüş) xərclərini əhatə edir.
Müsabiqədə iştirak etmək istəyən Azərbaycan Respublikası vətəndaşları 12 aprel saat 18:00-a kimi sənədlərini Təhsil Nazirliyinə təqdim edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB