XI sinif şagirdlərinə bəd xəbər

Buraxılış imtahanları XI siniflər üzrə ana dili, riyaziyyat və fizika fənləri üzrə aparılacaq
XI sinif şagirdlərinə bəd xəbər

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən orta ümumtəhsil müəssisələrində 2013-cü ildə keçiriləcək monitorinq imtahanları V siniflər üzrə ana dili (Azərbaycan bölməsində Azərbaycan dili, rus bölməsində rus dili) və riyaziyyat fənləri üzrə , XI siniflər üzrə ana dili, riyaziyyat və fizika fənləri üzrə aparılacaq. Bu barədə Komissiyanın mətbuat xidmətindən məlumat verilib.

Xatırladırıq ki, bu imtahanların nəticələrinin buraxılış imtahanlarının nəticəsinə heç bir təsiri yoxdur. Buraxılış imtahanları IX və XI sinif şagirdləri üçün yalnız ana dili (Azərbaycan bölməsində Azərbaycan dili, rus bölməsində rus dili) və riyaziyyat fənlərindən olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə