Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) orta ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərə müraciət edib. Komissiadan SİA-ya verilən xəbərə görə, müraciətdə əsasən, TQDK tərəfindən müəyyən orta ümumtəhsil müəssisələrində monitorinq imtahanları V siniflər üzrə ana dili (Azərbaycan bölməsində Azərbaycan dili, rus bölməsində rus dili) və riyaziyyat fənləri üzrə, XI siniflər üzrə ana dili, riyaziyyat və fizika fənləri üzrə aparılacaq. Bu il ilk dəfə olaraq keçiriləcək monitorinq imtahanlarının nəticələrinin buraxılış imtahanlarının nəticəsinə heç bir təsiri yoxdur.
Buraxılış imtahanları IX və XI sinif şagirdləri üçün yalnız ana dili (Azərbaycan bölməsində Azərbaycan dili, rus bölməsində rus dili) və riyaziyyat fənlərindən olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB