Təhsil Naziri: "Qaliblərə güzəşt olmayacaq"

Təhsil Naziri: "Qaliblərə güzəşt olmayacaq"

"Beynəlxalq "İNEPO Avrasiya" Ekologiya Olimpiadası artıq 7-ci ildir ki, keçirilir". SİA-nın xəbərinə görə, təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında belə deyib. Nazir hər il həm Azərbaycan, həm də dünya ölkələri tərəfindən olimpiada iştirakçılarının sayının artığını bildirib. Misir Mərdanovun sözlərinə görə, bu həm ekoloji problemlərlə, həm də təşkilatçıların fəaliyyəti ilə bağlıdır: "Bu gün 180 məktəb olimpiadada iştirak üçün layihə təqdim edib. Bu çox böyük bir işdir. Bu olimpiada qalib gələn uşaqların sonrakı təhsili üçün elə bir güzəşt nəzərdə tutulmayıb. Azərbaycanda olimpiada qaliblərinə hansısa güzəştlər olmayacaq".

Təhsil naziri qeyd edib ki, olimpiadaya gələn 150-yə yaxın qonağın Azərbaycan dilini bilməsini yüksək qiymətləndirir.

Bütün xəbərlər Facebook səhifəmizdə