Məleykə Abbaszadə: "Hesab edirəm ki, Təhsil Nazirliyi düzgün siyasət həyata keçirəcək"
"Azərbaycanda təhsil siyasətini həyata keçirən qurum Təhsil Nazirliyidir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası isə prezidentin tapşırığı əsasında orta məktəblərdə istifadə edilən dərsliklərin monitorinqini həyata keçirir". SİA-nın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə bugün keçirdiyi mətbuat konfransında belə deyib.
TQDK sədri bildirb ki, monitorinqin nəticələri daimi olaraq ictimaiyyətə və ölkə rəhbərliyinə çatdırılır: "Bu vaxta kimi I, III və IV sinif dərsliklərinin monitorinqini başa çatdırılıb və rəylər Təhsil Nazirliyinə göndərilib. II sinif dərsliklərinin monitorinqi isə bu həftə başa çatır və onun nəticələri gələn həftə Təhsil Nazirliyinə göndəriləcək. Təhsil Nazirliyi tərəfindən komissiyaya yalnız I və III dərslikləri ilə bağlı cavab verilib".
Aparılan monitorinqlər nəticəsində dərslikləri tədrisdə uyğun hesab edilməyən müəlliflərin onların rəyləri ilə razılaşmaması ilə bağlı məsələyə aydınlıq gətirən Məleykə Abbaszadə deyib ki, monitorinqin nəticələri ilə bağlı dərslik müəlliflərinin obyektiv və ya subyektiv fikirləri ola bilər. Sədr qeyd edib ki, "Riyaziyyat" ümumbəşəri elmdir və I, IV siniflərdə "Riyaziyyat"ın qanunları eynidir: "Dərsliklərin müəllifləri isə bununla razı deyilsə, bu, onun öz problemidir. Doğma və dövlət dilimiz olan Azərbaycan dili ilə əlaqədar dərsliyin monitorinqi prosesində iştirak edən alimlər, mütəxəssislər bu iradları tuturlarsa, bircə müəllif bununla razı deyilsə, hesab edirəm ki, Təhsil Nazirliyi düzgün siyasət həyata keçirəcək. Təhsil Nazirliyi yalnız müəllifin hüquqlarını müdafiə etmir, təhsilimizin hüquqlarını müdafiə edir. Ona görə də hesab edirəm ki, onlar bizi düzgün müdafiə edəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB