Bu il prezident İlham Əliyevin sərəncamına əsasən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən Azərbaycanın orta məktəblərində ilk olaraq keçiriləcək monitorinq imtahanlarının vaxtı açıqlanıb. SİA-nın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib.
O, bildirib ki, monitorinq imtahanlarına aprelin 20-dən sonra başlanacaq. Monitorinqlər V və XI siniflərdə keçirilməsi qərara alınıb:" Belə ki, XI siniflərdə "Azərbaycan dili", "Riyaziyyat" və "Fiziki, V siniflərdə isə "Azərbaycan dili", "Riyaziyyat" və "Rus dili" üzrə monitorinqlər keçiriləcək. Bu imtahanlar Bakı şəhərində aprelin 23, 24, 25-də, bölgələrdə isə mayın 6, 7, 8-də keçiriləcək. Monitorinq imtahanları respublika üzrə 29 bölgədə 595 məktəbdə təşkil ediləcək".
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB