Misir Mərdanov: "Azərbaycanda peşə təhsilinə böyük ehtiyac var"

Misir Mərdanov: "Azərbaycanda peşə təhsilinə böyük ehtiyac var"

"Azərbaycanda peşə təhsilinə böyük ehtiyac var. Ölkə Prezidenti öz siyasətində bu məsələni bir prioritet kimi qarşıya məqsəd qoyub". Bu fikirləri təhsil naziri Misir Mərdanov deyib.

M.Mərdanov bildirib ki, ölkəmizdə yeni peşə məktəbləri tikilir və ya əsaslı təmir olunur. Onun fikrincə, görülən bu işlərin hamısı vaxtında və düzgün formada ictimaiyyətə çatdırılmalıdır.

"Bu gün Azərbaycanda 100-dən çox peşə təhsili müəssisəsi var. Bu sahənin inkişafı ilə bağlı müvafiq addımlar atılmaqdadır", - deyə, nazir vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə