Misir Mərdanov Sumqayıtda təhsil işçiləri ilə görüşəcək

Misir Mərdanov Sumqayıtda təhsil işçiləri ilə görüşəcək

Təhsil naziri Misir Mərdanov ölkə prezidentinin tapşırığı ilə bölgələrə edəcəyi səfərin vaxtını açıqlayıb. SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə verdiyi açıqlamada təhsil naziri Misir Mərdanov deyib.

O, bildirib ki, bölgələrə edəcəyi ilk səfər aprelin 20-də Sumqayıt şəhərinə olacaq: "Sumqayıt şəhərində şimal bölgəsinin təhsil işçiləri ilə görüş təşkil olunacaq. Təhsil işçilərinin arzu-istəkləri, şikayətləri dinləniləcək və problem həll ediləcək. Əminəm ki, bu addım öz müsbət nəticəsini verəcək"

Bütün xəbərlər Facebook səhifəmizdə