“Karyera səyahəti” layihəsi başladı

“Karyera səyahəti” layihəsi başladı

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) "Biznes" işçi qrupu Karyera.biz portalı ilə birgə "Karyera səyahəti" layihəsinə start veriblər. SİA-nın xəbərinə görə, "Biznes" işçi qrupunun rəhbəri Ürfan İsmayılovun verdiyi məlumatda bildirilir ki, layihə çərçivəsində cari il martın 23-də "İş axtarmaq bir işdir" mövzusunda ilk seminar keçirilib. Seminarın iştirakçıları ATGTİ-nin "VI Liderlik Məktəbi – Qış Parlamenti"nin üzvləri olublar.

Seminarda Karyera.biz portalının təsisçisi Namiq Məmmədov tələbə-gəncləri düzgün CV formasının hazırlanması, işə qəbul zamanı müxtəlif müsahibələrin sirləri ilə tanış etmiş və iş görüşmələrində düzgün davranış, özünütəqdimetmə qaydalarını açıqlayıb.

Qeyd edək ki, aprelin 6-da keçiriləcək növbəti seminar ADNA tələbələri üçün nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə