Beynəlxalq Təhsil Sərgisi

Bu gün Amerika Təhsil Qrupu və Bakı Təhsil Məlumat Mərkəzi Beynəlxalq Təhsil sərgisi keçirib. SİA-nın xəbərinə görə, Amerika Təhsil Qrupunun prezidenti Joseph Humadi bildirib ki, sərginin məqsədi bütün maraq göstərən şəxsləri bir yerdə toplayıb onları ABŞ və Türkiyə universitetlərində təhsil alma imkanları haqqında lazımi məlumatla təmin etməkdir: "Burada tələbələr, şagirdlər və eləcə də valideynlər Birləşmiş Ştatlarda yerləşən və azərbaycanlı tələbələrlə görüşə gələn ABŞ Universitetinin nümayəndələrilə görüşə biləcək, onları maraqlandıran suallarla nümayəndələrə müraciət edə biləcəklər".

Qeyd edək ki, təhsil yarmarkasında 15 ABŞ universiteti və 1 Türkiyə universiteti iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə