Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aprel ayının 7-də keçiriləcək sınaq imtahanlarına yazılış 28 mart saat 9:00-dan etibarən başlanacaq. Komissiyadan SİA-ya verilən məlumata görə, sınaq imtahanına yazılmaq üçün nəzərdə tutulmuş virtual ödəmə kartlarını SMS-lə əldə etmək istəyən şəxslər Azercell, Bakcell və Nar Mobile nömrələrindən 7735 nömrəsinə SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna kartın seriya nömrəsi və Pin kodu göstərilən virtual ödəmə kartı daxil olacaq.
Qeyd edək ki, xidmətdən istifadənin məbləği 3 manat 54 qəpikdir.
Bundan başqa virtual ödəmə kartlarını Goldenpay, Azericard və Netmoney kartları vasitəsilə on-line ödəmə etməklə əldə edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB