Akkreditasiyadan keçən təhsil müəssisələrinin sayı açıqlanıb

Təhsil Nazirliyi ötən il akkreditasiyadan keçirilən təhsil müəssisələrinin sayını açıqlayıb. Nazirlikdən SİA-ya verilən xəbərə görə, ötən il Akkreditasiya şöbəsi tərəfindən 2-si özəl, 5-i dövlət olmaqla 7 ali təhsil müəssisəsi akkreditə edilib. 2 ali təhsil müəssisəsinin - Azərbaycan Dövlət Bədən tərbiyəsi və İdman Akademiyası və Azərbaycan Dövlət Dəniz Akademiyasının akkreditasiyasının nəticələri müzakirə ərəfəsindədir. Azərbaycan Turizm İnstitutunun akkreditasiyası isə institutun müraciəti əsasında 2012-2013-cü tədris ilinə keçirilib. Ötən il 11 orta ixtisas təhsili müəssisəsi akkreditasiya olunub və nəticələri şurada müzakirə edilib. 14 ilk peşə-ixtisas təhsili müəssisəsi - 10 peşə liseyi, 4 peşə məktəbi akkreditə edilib. Onların 4-nün akkreditasiyasının nəticələri Akkreditasiya Şurasında müzakirə edilib və onlara sertifikat verilib. 10 ilk peşə-ixtisas təhsili müəssisəsinin akkreditasiyasının nəticələri müzakirə ərəfəsindədir.

2012-ci ildə 11 ümumtəhsil məktəbindən 7-sinin akkreditasiyası keçirilib. Qrafikdə nəzərdə tutulmuş 4 ümumtəhsil müəssisəsinin akkreditasiyası məktəblərdə əsaslı təmir işləri ilə əlaqədar olaraq başqa vaxta təyin olunub. Akkreditasiyası keçirilmiş 7 (yeddi) ümumtəhsil məktəbinin akkreditasiyasının nəticələri müzakirə ərəfəsindədir. 2012-2013-cü tədris ilinin qrafikində akkreditasiyası nəzərdə tutulmuş 11 ümumtəhsil məktəbindən 2-sinin akkreditasiyası keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...