Azərbaycan Dillər Universitetində Beynəlxalq münasibətlər kafedrasının təşkilatçılığı ilə "Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur" mövzusunda dəyirmi masa keçirildi. ADU-dan SİA-ya verilən məlumata görə, tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 yanvar 2013-cü ildə imzaladığı "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında" 2679 nömrəli sərəncamının, Azərbaycan Respublikası Təhsil naziri professor M. C. Mərdanovun sərəncamın həyata keçirilməsi ilə bağlı 4 fevral 2013-cü il tarixdə imzaladığı əmrin icrasını təmin etmək məqsədilə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidovun imzaladığı 19 nömrəli əmrə əsasən keçirilən silsilə tədbirlərdən biri olaraq təşkil olundu.
Tədbirdə universitetin Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev, Regionşünaslıq və Beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Məcid Əliyev, Beynəlxalq münasibətlər kafedrasının əməkdaşları və tələbələr iştirak edirdilər.
Giriş sözü ilə tədbiri açan Ələddin Əliyev ulu öndər Heydər Əliyevin həyat tarixçəsi ilə iştirakçıları tanış etdi, ümummilli liderin xalqı üçün bütün əzmini səfərbər etdiyini söylədi.
Beynəlxalq münasibətlər kafedrasının müdiri, politoloq Samir Həmidov çıxışında ümummilli liderin fəaliyyəti haqqında kitablar oxumağın, mütaliə etməyin yetişməkdə olan gənc nəslin şəxsiyyət kimi formalaşmasında böyük rolu olduğunu söylədi. O, Azərbaycan tarixində böyük şəxsiyyətlərin istər elm sahəsində, istər musiqi sahəsində çox olduqlarını, lakin siyasi sahədə az sayda olan şəxsiyyətlərdən birinin Heydər Əliyev olduğunu dilə gətirdi. S. Həmidov böyük azərbaycanlı sözünün arxasında duran müsbət keyfiyyətlərin məhz Heydər Əliyevdə cəm olduğunu söylədi.
Daha sonra Beynəlxalq münasibətlər kafedrasının müəllimləri Samirə İmanova və Fatimə Güləmirli Heydər Əliyevin daxili və xarici siyasətindən bəhs etdilər. Fəlsəfə, siyasi-sosial elmlər və Azərbaycan tarixi kafedrasının müdiri Ədalət Abdıyeva isə Heydər Əliyevin bir siyasətçi kimi yüksək uzaqgörənliyə malik olduğunu söylədi və ümummilli liderin gənclərin həyatında, dünyaya açılımında, müasir, savadlı şəxslər kimi formalaşmasında böyük rol oynadığını bildirdi.
Həmin kafedranın müəllimi Namiq Kərimov Heydər Əliyevin Azərbaycanın inkişafında gördüyü saysız-hesabsız islahatlardan ən böyüyünün Müstəqil Azərbaycan dövləti yaratması olduğunu söylədi. Dövlət dili olaraq Azərbaycan dilinin Azərbaycanın Konstitusiyasında qeyd olunması Heydər Əliyevin yüksək bacarığının və vətənpərvərliyinin nümunəsi olduğunu bildirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB