Bu gün Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye, səfirliyin əməkdaşlıq və mədəniyyət attaşesi Vənsan Lorenzini, dilçilik və təhsil sahəsində əməkdaşlıq missiyasının rəhbəri Şarlot Payen Bakı Ali Neft Məktəbində olub.
SİA-nın məlumatına görə, qonaqları qəbul edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, ölkə Prezidenti cənab İlham Əliyevin təhsilə göstərdiyi yüksək diqqətinin göstəricisi olaraq 29 noyabr 2011-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunda Bakı Ali Neft Məktəbi yaradılıb. Ali Məktəbin yaradılmasında əsas məqsəd dinamik sürətlə inkişaf edən ölkənin sənaye müəssisələrində habelə artıq transmilli şirkətə çevrilmiş ARDNŞ-nin istər Azərbaycanda, istərsə də ölkənin hüdudlarından kənarda həyata keçirdiyi beynəlxalq layihələrdə işləyə biləcək ingilis dilli, müasir biliklərə yiyələnmiş, yüksəkixtisaslı mütəxəssislərə olan ehtiyacı ödəməkdir.
Bakı Ali Neft Məktəbində tədris prosesinin təşkili, beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətlərində görülən işlər haqqında ətraflı məlumat verən rektor qeyd edib ki, fəaliyyətə başlamasının ilk ili olduğuna baxmayaraq Ali Məktəb Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının qəbulunun göstəricilərinə görə tərtib etdiyi reytinq cədvəlində lider olub. Ali məktəbdə tədrisin ingilis dilində təşkil edildiyini vurğulayan rektor, bu məqsədlə Böyük Britaniyanın Heriot-Vatt Universiteti ilə əməkdaşlıq haqqında razılaşma imzalandığını, mütəxəssis hazırlığının bu universitetin tədris proqramları əsasında müasir tədris texnologiyalarının tətbiqi ilə həyata keçirildiyinə və məzunlara 2 diplom veriləcəyini qonağın diqqətinə çatdırıb. O "Neft-qaz mühəndisliyi" və "Kimya mühəndisliyi" ixtisasları üzrə qəbula başlayan BANM-da, bu il 3-cü- "Proseslərin avtomatlaşdırılması mühəndisliyi" ixtisasının açılacağını bildirib.
Azərbaycan və Fransa dövlətləri arasında bir çox sahələrlə yanaşı elm və təhsil sahəsində də inkişaf edən münasibətlərdən danışan E. Qasımov Heydər Əliyev Fondunun təşəbbüsü və ARDNŞ-nin dəstəyi ilə Bakıda yaxın zamanlarda fəaliyyət göstərəcək "Fransız məktəbi"nin bunun bariz nümunəsi olduğunu qeyd edib. Fransa təhsil və tədris sisteminə böyük maraq göstərdiyini bildirən rektor vurğulayıb ki, bu məqsədlə Fransanın "Total E&P Azərbaycan" şirkəti və Fransanın məşhur elm və təhsil müəssisələri ilə Bakı Ali Neft Məktəbi arasında əməkdaşlığın qurulması və inkişaf etdirilməsi sahəsində razılıq əldə olunub.
Səfir Paskal Mönye bildirib ki, Azərbaycan və Fransa arasında enerji, siyasi-iqtisadi, sosial-mədəni, elm və təhsil sahələrində əməkdaşlıq əlaqələri günü-gündən inkişaf etməkdədir. Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu layihələrdən söhbət açan səfir Azərbaycanda ingilis dilli, beynəlxalq tədris sisteminin şərtlərinə və tələblərinə cavab verən belə bir ali məktəbin yaradılmasının məqsədə müvafiq hal olduğunu qeyd edib. O, Bakı Ali Neft Məktəbi ilə"Total E&P Azərbaycan" şirkəti arasında yaranan əməkdaşlıqdan məmnun olduğunu qeyd edərək, BANM-la müxtəlif təhsil layihələri çərçivəsində əməkdaşlıq etməyə, Fransanın tanınmış İFP School (Fransa Neft Məktəbi) və müxtəlif texniki ali məktəbləri ilə əlaqələr qurulması üçün gərəkən dəstəyi verməyə hazır olduğunu bildirib.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB