Türkiyə Cümhuriyyətində işgüzar səfərdə olan Qafqaz Universitetinin nümayəndə heyəti İstanbul Texnik Universitetinin (İTU) Texnoparkı ilə (ARI Texnokent) tanış olublar. Qafqaz Universitetindən SİA-ya verilən məlumata görə, Qafqaz Universiteti rektoru prof. Ahmet Saniçin rəhbərliyində nümayəndə heyəti Türkiyədə işgüzar səfərdədir. Səfərin məqsədi Türkiyə Cümhuriyyətində texnoparkların fəaliyyəti ilə tanış olmaqdır. İşgüzar səfər QUTECHNOPARK-da (Qafqaz Universiteti Texnoparkı) fəaliyyət göstərən şirkətlərin idarəçiləri ilə birgə həyata keçirilir.
Səfər zamanı ilk görüş Mart ayının 6-da ODTU-nin rektoru ilə başlayıb. Görüş zamanı Qafqaz Universiteti rektoru prof.Ahmet Saniç texnopark fəaliyyətlərinin həyata keçirilməsində ODTU-nun təcrübələrindən istifadə etdiyini bildirib. Bu işdə ODTU-nin səmimi yanaşmalarına görə təşəkkür edən rektor A.Saniç gələcəkdə ali təhsilin müxtəlif sahələrində əməkdaşlıq etməkdə maraqlı olduğunu ifadə edib. ODTU rektoru prof. A. Acar əməkdaşlıqdan məmnun olduğunu bildirib və daha çox İnformasiya Texnologiyalarının tətbiqi sahəsində əməkdaşlığın daha səmərəli nəticələri ola biləcəyindən danışıb.
Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib və ODTU rektoru prof. Ahmet Acar Qafqaz Universitetinə dəvət edilib.
Daha sonra ODTU Texnoparkında müşahidə və görüşlərə davam etdirilib.
Xatırladaq ki, QUTECHNOPARK-ın təşkil etdiyi işgüzar səfərdə nümayəndə heyətinin tərkibinə Qafqaz Universiteti rektoru prof. Ahmet Saniç ilə birgə QUTECHNOPARK İdarə heyətinin üzvü Dr. Şahin Durmaz, QUTECHNOPARK-ın müdiri Dos. İsa Qasımov, QUTECHNOPARK-da fəaliyyət göstrərn şirkətlərin idarəçilərindən Azer.Net MMC-nin direktoru Anar Novruzov, SENTRA MMC-nin icraçı direktoru Ümid Vəliyev, MONtech MMC-nin satıç rəhbəri Fədai Abdullayev də iştirak edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB