Sumqayıt Dövlət Universitetində (SDU) 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. SDU-dan SİA-ya verilən məlumata görə, universitetin rektoru, professor Nadir Qəhrəmanov SDU-nun qadın əməkdaşlarını təbrik edib, onlara ən xoş arzularını çatdırıb. Rektor universitetin son bir ildə xüsusilə böyük uğurlar qazandığını diqqətə çatdırıb, dövlət başçısının sərəncamı ilə bu təhsil ocağının 20 əməkdaşının fəxri adlar və medallarla təltif edilməsini ölkə təhsilinə, eyni zamanda Sumqayıt Dövlət Universitetinə göstərilən qayğının ifadəsi kimi xarakterizə edib: "İşimizə verilən bu qiymət bizi bir qədər də ruhlandırdı. Bütün bu uğurların qazanılmasında qadın əməkdaşlarımızın rolu əvəzsizdir".
Daha sonra universitetin bir neçə qadın əməkdaşına SDU-nun Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsinin pul mükafatı təqdim edilib.
Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çıxış edərək universitetin qadın işçi heyətini təbrik edib. M.Cəfərzadə universitetin rektoru, professor Nadir Qəhrəmanovun İttifaqın döş nişanına layiq görüldüyünü bildirib və Azərbaycan Respublika Həmkərlar İttifaqı Konfedrasiyasının yaranmasının 20 illiyi münasibətilə təsis olunmuş yubiley medalını rektora təqdim edib.
Tədbir bədii hissə ilə davam edib. Musiqi parçaları və səhnəciklər tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB