Magistratura ilə bağlı rəsmi açıqlama!

Magistratura ilə bağlı rəsmi açıqlama!

Gəncədə magistratura pilləsinə keçirilən imtahanların təşkili ilə bağlı rəsmi açıqlama gəlib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) Gəncə Regional Bölməsinin rəisi Nəsimi Məmmədov SİA-nın Qərb bürosuna bildirib ki, martın 3 də Zaqatala və Qazax regionlarını əhatə edən rayonlardan Gəncə şəhərində magistratura pilləsinə 2541 nəfər sənəd verib. Keçirilən imtahanları paytaxtla yanaşı yerli nəzarətçilər də izləyib. Təxminən 17 imtahan rəhbəri Bakıdan, 100-dən artıq nəzarətçi isə Gəncə şəhərindən seçilib. Ayrıca imtahanlar zamanı asayişin bərqərar olunması məqsədi ilə polis qüvvələri, eləcə də Fövqaladə Hallar Nazirliyinin rəsmiləri və həkim briqadaları gücləndirilən iş rejimində çalışıb. İmtahan zamanı sənət verən 5 bakalavrın sənədləri yerində olmadığından zala buraxılmayıb. 2 nəfər isə imtahanın gedişini pozduğu üçün xaric edilib.

Nəsimi Məmmədovun sözlərinə görə, ümumilikdə ötən illərdən fərqli olaraq bölgələrdə keçirilən imtahanların təşkili daha peşəkarlıqla həyata keçirilir: "İlk dəfə regionlarda imtahanların keçirilməsinə 2010-cu ildə başlanılıb. Birinci imtahanlar zamanı 14 nəfər imtahandan uzaqlaşdırıldı ki, bunların 13-ü Gəncə şəhərindən olub. İlk vaxtlar istər yerli nəzarətçilər, istərsə də sənəd verən şəxslər imtahanların ciddiliyini tam qavramırdı. İldən-ilə isə bu vəziyyət yaxşılığa doğru dəyişdi. 2011-ci ildə 1464, 2012-ci ildə 1976, 2013-cü ildə isə 2541 nəfər sənəd verib. Qanun pozuntuları isə sürətlə azalmağa doğru gedir".

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə