Təhsil naziri Misir Mərdanov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunmuş "Ali təhsildə qloballaşmaya doğru – 2013-cü il" adlı beynəlxalq konfrans çərçivəsində "British Council" təşkilatının Avropa üzrə regional direktoru Maykl Börd ilə görüşüb. Nazirlikdən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycanda "British Council" təşkilatının fəaliyyətinin daha da genişləndirilməsi, təhsildə İKT-nin tətbiqi, distant təhsil, ingilis dilinin tədrisi, ingilis dili müəllimlərinin ixtisasının artırılması və digər məsələlər müzakirə olunub.
Qeyd edək ki, dünyada ən geniş yayılmış təhsil şəbəkəsi olan "British Council" təşkilatı təhsil sahəsi üzrə dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərir. Həmçinin, Azərbaycanla sıx əməkdaşlıq edən "British Council" ölkəmizdə təhsilin müxtəlif pillələri üzrə beynəlxalq əlaqələrin inkişafına və ingilis dilinin tədrisinə dəstək verir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB