Martın 2-də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) "Ekologiya" işçi qrupunun, gənc ekoloqları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə görüşüblər. ATGTİ – nin mətbuat katibi Məcid Musayevin SİA-ya verdiyi məlumata görə, keçirilən görüşdə gənclər və mütəxəssislər dünyada iqlim dəyişməsini, qlobal istiləşmə, parnik effekti proseslərini və onları yaradan səbəbləri müzakirə ediblər. Eyni zamanda nazirliyin mütəxəssisləri Azərbaycanın ekoloji siyasəti, ölkənin ətraf mühitin mühafizəsi sahəsində həyata keçirdiyi təbrilər, "yaşıl" iqtisadiyyat barəsində tələbələri məlumatlandırıblar.
Görüşdə gənc ekoloqlara Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında ətraf mühitə vurduğu ziyan xüsusi qeyd olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri Azərbaycanda gənc ekoloq nəslinin yaranmasının və inkişafının vacibliyini vurğulayıblar.
Görüşün sonunda gənclər mütəxəssislərə onları maraqlandıran sualları ünvanlayıblar.
Qeyd edək ki, bu günə qədər ATGTİ-nin "Ekologiya" işçi qrupu Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovla görüş keçirərək, naziri işçi qrupunun fəaliyyəti ilə tanış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB