Ölkənin ən böyük tələbə təşkilatı olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) fevralın 26-da Fransanın Milli Assambleyasının binasında azərbaycan tələbələr Mirvari Fətəliyeva və Vüsal Hüseynovun döyülməsi ilə əlaqədar olaraq, Fransanın prezidenti Fransu Ollanda, ölkənin parlamentinə, ədliyyə, xarici işlər və təhsil nazirliklərinə, "France 24" telekanalına, "L`express", "L`Humanite" və "Le Figaro" qəzetlərinə elektron formada müraciət edib. ATGTİ – nin mətbuat katibi Məcid Musayevin SİA-ya verdiyi məlumata görə, müraciətdə deyilir ki, Azərbaycan tələbələri baş vermiş hadisəni Fransa hökuməti tərəfindən ciddi şəkildə araşdırılmasına istəyirlər. Bundan əlavə ATGTİ Fransa hökumətini ölkədə təhsil alan digər azərbaycanlı tələbələrin təhlükəsizliyinin təmin olunması məsələsinə fikir verməyə səsləyir.
İki ölkə arası (Azərbaycan - Fransa) mövcud əlaqələrin soyumasına gətirə biləcək bu hadisəni azərbaycanlı tələbələr Fransanın müasir tarixindəki qara ləkə adlandırıblar.
Qeyd edək ki, ATGTİ Fransa KİV-lərindən əlavə öz müraciətini "CNN", "BBC", "EuroNews" və "Əl – Cəzirə" beynəlxalq telekenallarına da 3 dildə (ingilis, fransız, rus) ünvanlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB