Gənclər Təşkilatları Milli Şurası yeni logosunu təqdim edib FOTO

Gənclər Təşkilatları Milli Şurası yeni logosunu təqdim edib FOTO

Logoda təsvir olunan "səkkiz guşəli ulduz" - milliliyi, Azərbaycan Respublikası Dövlət Bayrağının rənglərinin əks olunması - dövlətçiliyi, şəbəkə formasında təsvir - gənclər təşkilatlarını birləşdirən bir platforma kimi təşkilatın əsas fəlsəfəsi və məqsədini ifadə edir. SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikası ("bayrağın rəngləri") Gənclər Təşkilatları Milli Şurası özündə 100-dən çox gənclər təşkilatını birləşdirən, ölkənin ən böyük gənclər təşkilatları şəbəkəsi ("şəbəkə formasında təsvir") və Avropa Gənclər Forumunda milli ("səkkiz guşəli ulduz") gənclər platformasını təmsil edən yeganə təşkilatdır. Beləliklə, logo təşkilatın millilik, dövlətçilik və birləşdiricilik rəmzlərinin harmoniyasını əks etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə