Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən yaradılmış "Tələbə-Məzun" Dövlət Elektron Məlumat Sistemində ali təhsil müəssisələrinin magistraturalarına 2013/2014-cü tədris ili üçün ərizə vermiş 21623 bakalavrdan 21083 nəfərinə dair məlumatlar mövcuddur. TQDK-dan SİA-ya verilən məlumta görə, sənəd verənlərdən əvvəlki ilin məzunu olan 9273 bakalavrın cəmi 3263 nəfərinin diplom məlumatı ali təhsil müəssisələri tərəfindən TMMS-ə daxil edilib.
TQDK-nın keçirdiyi qəbul imtahanları ilə heç bir təhsil müəssisəsinə qəbul olmayan bakalvrların sayı 600 nəfərdir. Onlardan 163 nəfəri ali məktəbləri cari ildə bitirənlərdir. 437 nəfər isə ali məktəbləri əvvəlki illərdə başa vurublar ki, onlardan da 82-si 2012-ci ilin məzunu olan bakalavrlardır.
Ali təhsil müəssisələrinin cari ildə bitirənlər kontingentində göstərilən 9270 bakalavrdan 2617 nəfəri ali məktəbləri ötən il bitiriblər. Onlardan yalnız 2283 nəfərinin diplom məlumatları sistemə daxil edilib və 334 nəfərin diplom əmrləri sistemə daxil edilməyib.
Qeyd edək ki, qanunvericilikdə sistem istifadəçilərinin məsuliyyətləri və inzibati tədbirlər də nəzərdə tutulub. Belə ki, təhsil müəssisələri məlumatların 10 iş günü ərzində serverə ötürülməsinə, ötürülmüş məlumatların tam və düzgün olmasına məsuliyyət daşıyırlar. Məlumatların Sistemə vaxtında və düzgün daxil edilməməsinə görə Azərbaycan Respublikasının "İnzibati xətalar məcəlləsi"ndə xüsusi maddə nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB