“Çağ Öyrətim İşlətmələri” MMM də Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi”nin təsisçisi olub
Təsisçilərin sayı artıb

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) baş ofisində "Çağ Öyrətim İşlətmələri" MMM-nin ARDNŞ-nin təsisçiliyi ilə yaradılmış "Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi" İctimai Birliyinin təsisçiləri sırasına qoşulmasına dair birgə bəyanat imzalanıb.

Mərasimdə çıxış edən ARDNŞ prezidenti Rövnəq Abdullayev şirkətin Azərbaycanda təhsilin inkişafı istiqamətində gördüyü işlərdən, kadr hazırlığı çərçivəsində həyata keçirilən layihələrdən danışdı. Daha sonra sənədin imzalanma mərasimi keçirildi. Sənədi ARDNŞ tərəfdən "Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi" İctimai Birliyinin sədri Xaliq Məmmədov, Çağ Öyrətim İşlətmələri" MMM tərəfindən isə Ənvər Özərən imzalayıb.

Tədbir sonda iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə