Bakının Xətai rayonu 138 saylı məktəbdə Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı tədbir keçirilib. SİA-nın xəbərinə görə, Dövlət Himninin səslənməsi ilə başlayan tədbirin əvvəlində Xocalı soyqırımı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə bildirilib ki, son illərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, o cümlədən Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində sistemli iş aparılır. Təsadüfi deyildir ki, bu il Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı dünyanın 60-dan çox ölkəsində anma mərasimləri keçirilir. Təbii ki, bu tarixi hadisə ilə bağlı məktəblilər, uşaqlar mütəmadi olaraq məlumatlandırılmalıdır.
Tədbirin davamında məktəblilər Xocalı faciəsinə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdiriblər. Kompozisiya Xocalı faciəsinin dəhşətlərindən, vəhşi erməni yaraqlıları tərəfindən xalqımızın başına gətirilən müsibətlərdən bəhs edib. Məktəblilər bu kompozisiya vasitəsilə heç kimdən kömək görməyən silahsız Xocalı sakinlərinin vəhşicəsinə öldürülməsi, insanların şikəst edilərək əsir götürülməsi və digər dəhşətli səhnələr bir daha real faktlar əsasında tamaşaçılara çatdırıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB