Böyük Britaniyada "Justice for Khojaly" tədbiri keçirilib FOTOLAR
Böyük Britaniyanın nüfuzlu universitetlərindən olan Exeter Universitetində 21 fevral tarixində Azərbaycan cəmiyyətinin təşkilatçılığı ilə "Justice for Khojaly" tədbiri keçirilib. ASAIF-dən SİA-ya verilən məlumata görə, tədbirdə səfirliyin əməkdaşları, Universitetin Azərbaycan və türk cəmiyyətlərinin təmsilçiləri, müxtəlif ölkələrdən tələbələr iştirak ediblər. Tədbir Azərbaycan cəmiyyətinin sədri və ASAIF-in nümayəndəsi Ülvi Qasımov tərəfindən açıq elan edilib və Azərbaycan respublikasının milli himni səslənib. Mərasimdə Xocalı haqqında bir sıra rəsmi videolar nümayiş etdirilib və bildirilib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan respublikasının Xocalı şəhərində dinc əhaliyə qarşı milliyyətçilik və etnik ayrı-seçkilik zəminində qətillərin həyata keçirilməsi, insanlıq əleyhinə cinayət hesab edilməlidir. Beynəlxalq ictimaiyyət bu faktı insanlıq, beynəlxalq təhlükəsizlik və xalqların birgə dinc yaşayışına təhdid saymalıdır. Bu haqda cəmiyyətin üzvləri Ağa Babayev və Nazlı Quliyeva tərəfindən məlumatlar verilib.
Tədbirin təşkilində ASAIF-in və Böyük Britaniyanın Azərbaycan səfirliyinin böyük köməyi olub.
Səfirliyin 2-ci katibi Ceyhun Novruzov və 3-cü katibi Ayaz Mustafayev də bu tədbirdə iştirak edib öz məlumatlarını xarici tələbələrlə paylaşıb və suallar ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdən iki gün qabaq Exeter Universitetinin rəsmi qəzeti "Exepose" da tədbir haqqında məlumat verilib.
Qeyd edək ki, bundan əlavə Londonda müxtəlif universitetlərdə ("Suasso", "Queen Mary", "Royal Holloway", "Aberdeen") ASAIF-in təşkilatçılığı, səfirliyin dəstəyi ilə bir sıra aksiya və konfranslar keçiriləcək.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB