Qulu Novruzov: "Təhsil Nazirliyi onlara yalvarır"

Qulu Novruzov: "Təhsil Nazirliyi onlara yalvarır"

"Hazırda xaricdə təhsil dövlət proqramı üzrə 433 nəfər məzun olub. Ancaq əslində məzunların sayı 600 nəfərdən çoxdur. 2 rəqəm arasındakı fərq 2011-2012-ci il təhsil illərində xaricdə təhsilini başa vuran məzunların müvafiq sənədləri təhsil nazirliyinə təqdim etməməsidir". SİA-nın xəbərinə görə, Təhsil nazirinin müavini Qulu Novruzov "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na dair Məlumat İdarəetmə Sisteminin və yeni veb-saytın hazırlanması ilə bağlı keçirilən təqdimatda çıxışı zamanı deyib.

O bildirb ki, Nazirlik xaricdə dövlət proqramı üzrə təhsil alanları çox çətinliklə geri qaytarır: "Biz onları xahiş, yalvarışla gətiririk. Məcbur qalıb onların xırda ödənişlərini saxlayırıq ki, onlar lazım olan sənədləri nazirliyə göndərsinlər. Yol haqqını yaxud təqaüdü gecikdiririk ki, gəlsinlər. 433 nəfərə məzun olub. 144 nəfərin maliyyəsi dayandırılıb. Çünki onlar təhsillərini başa vurublar".

Qulu Novruzov məzunların bir qisminin xaricdə təhsilini növbəti mərhələdə davam etdirdiyini də qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə