Novruz Məmmədov: "Bu mənim üçün çox təəccüblü haldır"

Novruz Məmmədov: "Bu mənim üçün çox təəccüblü haldır"

"Tələbələrin şikayət etməsi Azərbaycanın imicinə pis təsir edə bilər". SİA-nın xəbərinə görə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na dair Məlumat İdarəetmə Sisteminin və yeni veb-saytın hazırlanması ilə bağlı keçirilən təqdimatda çıxışı zamanı deyib.

Şəffaflığın təmin olunmasının vacibliyini qeyd edən Məmmədov həmçinin, xaricə təhsilə göndərilməklə bağlı 40-a yaxın sənədin toplanması məsələsinə də toxunub. Onun sözlərinə görə, dünyanın heç bir yerində bu qədər sənəd toplanmır: "Bu mənim üçün çox təəccüblü haldır. Sənədlərin sayını mütləq şəkildə azaltmaq lazımdır. Bu qədər sənəd toplanması Azərbaycanda digər sahələrdə də yoxdur",

Bütün xəbərlər Facebook səhifəmizdə